Haqqımızda

 

Online sifarişinizi sürətləndirmək, işinizi asanlaşdırmaq, üzünüzü güldürmək üçün Cargoline fəaliyyətə başladı. Təməlimiz yeni olsada, təcrübəmiz böyükdür. Topladığımız iş təcrübəsi ilə karqoda yeniliklər etməyə, istədiyinizi tez bir zamanda çatdırmağa tələsirik.

Sürətli və güvənli çatdırılmanı özündə əsas prinsipə çevirən şirkətimizin fəaliyyətində Türkiyədən daşıma xüsusi yer tutur.

Missiyamız komandamız ilə birlikdə yüksək keyfiyyət standartları çərçivəsində çatdırılma edərək ölkəmizdə bu sektorda güvənilən və seçilən karqo elçisi olmaqdır. Müştəri məmnuniyyətinin xoş münasibət, anlayış və yüksək xidmətdən keçdiyinə inanır, müştərilərimizə münasibətimiz ilə seçilməyi hədəfləyirik.

“Dürüstlük prinsipi əsasında xidmət” vizyonumuzla sektorda irəli getmək, böyümək, xidmət şərtlərimiz ilə seçilmək, online alış-veriş sevənlərin dilindəki karqo şirkəti olmaq və prestijli marka yaratmağa çalışırıq.

Məqsədimiz verdiyimiz xidmət keyfiyyəti ilə fərqlənmək, karqo deyiləndə adı ilk çəkilənlərdən olmaq yenilikçi həllər yaradaraq sektorun tərcih edilən öncüsü olmaqdır.

İndi arzuladığınız hər bir məhsul bizimlə əlçatan olacaq.