Bloq
new_1

Logistikada son trendlər

07.03.2021

Logistika sektoru xüsusilə son illərdə bir- birindən fərqli yeniliklərə imza atmışdır. Sektorda şirkətlər arasında yayılan ən son trendlər sayəsində rəqabət mühitində avantaj əldə etmək mümkündür. Sektordakı son yenilikləri izləyən şirkətlər müvəffəqiyyət qazandığı təqdirdə sektorun gələcəyi haqqında söz sahibi olma haqqını əldə edir.

Bu bloqumuz logistikada olan son trendlər haqqında olacaq.

Rəqəmsallaşma - logistika sektorunda tətbiq olunan ən son trendlər arasında yer alaraq, yeni qloballaşma addımlarının bir parçası halına gəlmişdir. Rəqəmsallaşma sektorun sürətli şəkildə böyüməsini və genişləndirilməsinə töhfə verir. Rəqəmsallaşmada görülən işlərin əsas təməli  lot olaraq ifadə edilir. Bir texnologiya sayəsində məlumatların insan girişi olmadan da şəbəkə  üzərində göndərilməsi mümkün olur.

Süni zəka - sektorda ən az rəqəmsallaşma qədər yüksələn trendlər arasında yer alır. Süni zəkanın faydalı olduğu logistik sahələrdən biri də daşımaçılıqdır. Satınalma prosesində kompyuter cihazları şirkətində insan faktorunun edə biləcəyi işlər süni zəka sayəsində həyata keçirilir. Beləliklə, logistikada işləri daha sürətli görmək mümkün olur. 

Blockchain ( bloklar zənciri) - məlumat sahəsindən (ad, doğum tarixi, ünvan) ibarət strukturdur. Blokların bir birilə birləşməsindən formalaşan zəncirdir. Bu texnologiya sayəsində proseslərin şəffaflaşması mümkündür. Şəffaf hala gələn satınalma prosesi sənədləşmə, məhsul daşınması, idarəetməsi və izlənməsi kimi sahələrdə təsirlidir. Istehlakçılar tərəfindən maraqla izlənən bu tendensiya sayəsində yükdaşıma mərhələsində yaşanan problemləri minimuma endirmək olur. Texnologiyanın əsas məqsədi istehlakçının şirkətə olan etibarlılığını artırmaq, həm də şirkətin təhlükəsizliyini artırmaqdır. Blockchain fasiləsiz əməliyyatları asanlaşdırmaq, məlumatların dəqiq qeydini təmin etmək və saxtakarlığın qarşısını almaq üçün olduqca təsirlidir. Görünür ki, bu xüsusiyyətləri sayəsində hələ uzun müddət logistikada trend olmağa davam edəcəkdir. 

Logistika daşınması zamanı üstünlük verilən digər bir trend isə geyiləbilən cihaz texnologiyasıdır. Sayəsində logistika işçiləri məlumat toplama və analizi asanlıqla həyata keçirirlər. Bu cihazlar sayəsində logistik anbar menecerləri stok məlumatlarının sürətli və daha dəqiq  sistemə daxil edilməsini təmin edir. Beləliklə, iş təhlükəsizliyini üst səviyyəyə qaldırmaq mümkün olur. Bu texnologiya logistika sənayəsinin gələcəyi üçün fürsət hesab olunur.